GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən martın 2-də Təbrizdə tib mərkəzlərinin işçiləri etiraz aksiyası keçiriblər.
Onlar Təbriz şəhərində icra hakimiyyətinin binası qarşısına toplaşıb və əmək haqlarının ödənilməməsinə etiraz ediblər.
Etirazçılar bildirirlər ki, onsuz da əmək haqları azdır. Lakin 6 aydır əmək haqları ödənilmir və bu sahədə müraciətləri də cavabsız qalıb.
Bununla yanaşı narazı tibb işçiləri statuslarının müəyyən edilməsini, iş müqavilələrinin nizamlanmasını tələb ediblər.