Cümə axşamı , May 30 2024
azfa

Təbrizdə “Traxtur” komandasının yarışında 120 min nəfər tamaşaçı milli şüarlar səsləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən futbol üzrə Premyer Liqaının oyunları çərçivəsində Təbrizin “Traxtur” komandası ilə İsfahanın “Sepahan” komandasının növbəti yarışı keçirilib.

Bu yarışdan sonra Təbriz təmsilçisi 39 balla turnir cədvəlinin 3-cü, İsfahan komandası isə 38 balla 4-cü pillədə qərarlaşıb.

Təbrizin Səhənd stadionunda keçirilən yarışda 120 min nəfər azərbaycanlı tamaşaçı milli şüarlar səsləndirib.

Stadion ətrafında və stadionda toplaşan tərəfdarlar Azərbaycan türkcəsində şarlar səsləndirib, plakatlar qaldırıblar.

Azərbaycan və Türkiyə bayraqları qaldıran tərəfdarlar əsasən “Hamı Traxturçudu, Təbriz haman Urmudu”, “Bu torpaqdan pay olmaz- Urmu Kürdüstan olmaz”, “Urmiya Azərbaycanın ürəyidir”, “Azərbaycan var olsun- istəməyən kor olsun” və başqa şüarlar səsləndiriblər.

Stadionda Azərbaycan və Türkiyə bayraqlarının qaldırılması azarkeşlərin alqışları ilə müşayiət olunub.

Qeyd edək ki, 70 min nəfər azarkeşin iştirak etdiyi qarşılaşma 0-0 hesabı ilə başa çatıb.

https://t.me/GADTB1/34208

https://t.me/GADTB1/34209

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əcəbşer şəhərindən olan azərbaycanlı fəal Sina …

Molla rejimi azərbaycanlı fəal Vəli Zöhrabini qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Vəli Zöhrabini qeyri-müəyyən …