Təbrizdə “Traxtur”un çempionluq şənliyi; Azərbaycan rəqsinə İran televiziyası senzura tətbiq etdi-Video

GADTB: Dünən yerli avxtla saat 17-dən 19-a kimi Təbrizin Səhənd stadioununda “Traxtur” komandasının çempionluq mərasimi keçirilib. Molla rejimin televiziyası Şənlik mərasiminə senzura tətbiq edib. əsasən də Azərbaycan rəqsi davam edərkən yayını dayndırıb.

Yerli media və mənbələrin bildirdiyinə görə, stadion və ətraf təpələrə Azərbaycan və İranın müxtəlif bölgələrindən gələn 200 min tərəfdar toplaşıb.

Mərasimin açılışında İran himninin sıslındirilməi narazılıqla qarşılaşıb və 10 minlərlə Traxturçu “Yaşasın Azərbaycan” şüarları ilə buna qarşılıq veriblər.

Mərasimdə “Traxtur” Klubunun yiyəsi Məhəmmədrza Zunuzi fars dilində qısaca çıxışdan sonra Azərbaycan türkcəsində daışsa da, İran televizyası onun ana dilində çıxışını senzura edib.

Mərasimidən canlı yayım edən İran televizyası stadionda səsləndirilən şüarlar və yayılan Azərbaycan musiqilərini də dəflərlə senzura edib.

Təriz əhalisi yayının dayandırılmasından sonra küçələrə axışıb və milli şüarlarla şənlik ediblər. Təbrizdən Tehrana, Savəyə, Zəncana qədər bütün Azərbaycan şəhərlərində şənlik davam edib.

https://t.me/GADTB1/42397

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və dr.İmbat bəy Muğlunun “Media Turk TV”-də “Paşinyan Turan birliyini dəstəklədi – İstanbulda şok açıqlama” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

NYT: “Xameneyi ölümdən qorxaraq özünə üç varis seçib”

GADTB: “The New York Times” yazır ki, İsrailin Tehrana şiddətli hücumlarından sonra İranın ali rəhbəri …