GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar Güney Azərbaycanın mədəni-tarixi paytaxı olan Təbrizdə Urmiya gölünün qəsdən qurudulmasına etiraz olaraq aksiya keçiriblər.
Şəhərin müxtəlif küçə, prospekt və məhəllələrində adıçəkilən mövzu məzmunlu pankartlar paylanılıb. Bununla da gənclərimiz soydaşlarımızın diqqətini sözügedən məsələyə çəkməyə çalışıblar.
Vərəqələrdə irqçi fars-molla rejimin Urmiya gölünü qurutmaqda planları ifşa edilib və gölün qurudulmasına ciddi şəkildə etiraz bildirilib.
Qey Qeyd edək ki, son günlər Təbriz, Ərdəbil, Urmiya, Xoy, Sulduz, Xiyav və başqa şəhərlərdə ekologiya və milli-mədəni sahədə çalışan fəallar yazılı vərəqələr, posterlər yayaraq problemin diqqətdə saxlanılmasına çalışırlar.
Molla rejiminin Güney Azərbaycanda törətdiyi ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmiya gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəqi altında kampaniyaya start verilib.
Bununla yanaşı müxtəlif aksiyalarla da rejimin Urmiya gölünü qurutmasına qarşı etirazlar baş verir.Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.d edək ki, faşist-fars molla rejimi Urmiya gölünə tökülən çayların üzərində tikilən və gölün qurumasının əsas səbəbi olan bəndlərin fəaliyyətini dayandırmır.