Cümə , Yanvar 21 2022
azfa

Təbrizdə Urmiya gölü ilə bağlı aksiya: “Bizim gölümüzü geri qaytarın”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı fəalların Urmiya gölünün qurudulmasına qarşı aksiyaları davam edib.

Dünən yenidən Təbrizdə azərbaycanlı mədəni və ətraf mühit fəalları şəhərin müxtəlif küçələrində üzərində Urmiya gölü ilə bağlı şuarlar yazılmış posterlər yapışdırmaqla Urmiya gölünün qurudulmasına, gölün bərpası ilə bağlı vədlərin yerinə yetirilməməsinə öz etirazlarını bildiriblər.

Müxtəlif yerlərə yapışdırılan posterlərdə türk və fars dillərində “Urmu gölü yaşasın”,  “Urmiya gölünün məhv edilməsi Azərbaycan millətinin məhv edilməsi deməkdir”, “Urmiya gölünü bizə qaytarın”, “Urmiya gölünü qurtarın”şüarı yazılıb.

Bu aksiya ilə azərbaycanlı fəallar Urmiya gölünün qurudulmasına etirazlarını bildirib və gölün bərpa edilməsini istəyiblər.

Qeyd etmək lazımdır ki, 26 noyabrda da Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı fəallar oxşar aksiya keçirməklə Urmiya gölünün qurtarılmasını tələb etmişdilər.

Həmçinin yoxlayın

İranla Ermənistan sərhəddə yarmarka açırlar

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Araz Azad İqtisadi Zonası Təşkilatının İdarə …

İran rejimi Təbriz metrosunun aldığı qatarı Şiraz metrosuna verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycana qarşı müstəmləkə və ayrıseçkilik …