
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı milli-mədəni fəal avqustun 7-də Təbrizdə çox sayda poster və nəzir paylanaraq Urmiya gölünün qurudulmasına diqqət çəkməyə çalışıblar.
Yapışdırılan posterlərdə “Orada Hüseynin üzünə suyu bağlayıb, onu beyət etməyə məcbur edirdilər, Urmiya gölünə su getməsinin qarşısı alıblar ki, Azərbaycandan torpaq qoparsınlar” və “Məzlum Hüseyn, Məzlum Azərbaycan” şüarı yazılıb. Fəallar bununla hökumətin İmam Hüseynə su verilmədiyi kimi, bu gün də Urmiya gölünü susuz saxladığını bildiriblər.
Azərbaycanlı fəallar həmçinin nəzir də paylayıblar.