GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz və Savə şəhərlərində ütiraz aksiyaları keçirilib.
Təbrizdə Zəmzəm sərinləşdirici içki zavodunun işçiləri tətil aksiyası keçirirlər.
Narazı işçilər avqustun 11-dən işi dayandıraraq əmək haqlarının ödənilməməsinə etiraz edirlər.
Bununla yanaşı onlar qanunla nəzərdə tutulan başqa hüquqlarınn pozulduğunu bildirirlər.
İşçilərin nümayəndələrinin zavod rəhbərliyinin hüquqları bərpa olunmayanadək işə başlamayacaqlarını bildiriblər.
Həmçinin Savədə Pars Şin şirkətinin bir qrup işçisi Savə şəhərinin qubernatorluq binası qarşısına toplaşıb.
Bu etirazda iştirak edən işçilər tələblərinin təmin olunmasını istəyiblər.