Şənbə , İyun 6 2026
azfa

Təbrizdə Yaşar Həsənpur saxlanılaraq naməlum yerə aparılıb

GADTB: Bu gün 1404-cü il isfand ayının 5-də azərbaycanlı milli fəal Yaşar Həsənpur Təbrizin Sərdəri bölgəsində yerləşən şəxsi evində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Məlumatlara əsasən, təhlükəsizlik əməkdaşları saxlanma zamanı qanuni prosedurları pozub, həbs orderi təqdim etməyib və fiziki zorakılıq tətbiq ediblər. Bildirilir ki, əməliyyat zamanı döyülmə və elektroşokdan istifadə edilib.

Hazırda Yaşar Həsənpurdan heç bir xəbər yoxdur. Saxlanılma formasını nəzərə alaraq, onun səhhəti ilə bağlı narahatlıqlar artıb. Təhlükəsizlik qurumları indiyədək saxlanılmanın səbəbi və Həsənpurun harada saxlanıldığı barədə rəsmi açıqlama verməyiblər.

Həmçinin yoxlayın

Azərbaycanlı vəkil Məhəmməd Təriqətə qarşı yeni ittiham aktı hazırlandı

GADTB: Üskü şəhərinin Ümumi və İnqilab Prokurorluğunun prokurorluq şöbəsi vəkil və Vəkillər Kollegiyasının üzvü Məhəmməd …

MEDIA CNN-dən Azərbaycandan üzr istəməyi tələb edir

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDIA) CNN telekanalından Azərbaycanın guya İsrailin İrana qarşı hərbi əməliyyatlarında …