Cümə , Dekabr 3 2021
azfa

Təbrizdə yeni təhsil ilinin başlanğıcı münasibətilə azərbaycanlı fəallar uşaqlara türk dilində kitablar payladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar yeni təhsil ilinin başlanması münasibətilə Təbriz şəhərində uşaqlara türkcə kitablar paylayıblar.

azərbaycanlə milli-mədəni fəallar bu məqsədlə Təbriz şəhərində tanınmış azərbaycanlı ziyali və yazıçı Əkbər Azad tərəfindən hazırlanıb və nəşr olunan türkcə kitabları paylayıblar.

Təbrizdə paylanılan uşaq kitabları əsasən “Yağış”, “Evlər”, “Uşaqlar bağçası”, “Firəngiz ilə qırmızı don”, “Yalqız Qu quşu” və s. kitablardan ibarət olub.

Qeyd edək ki, tanınmış azərbaycanlı ziyalı Əkbər Azad uzun illərdir Güney Azərbaycanda türk dili və mədəniyyəti sahəsində çalışan fəallardandır. O, mədəni fəaliyyətlərinə görə yaxalanaraq, 2 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …