Təbrizin 29 Bəhmən ayaqlanmasının ildönü ilə bağlı Güney Azərbaycan Demokratik Türk Birliyinin Bildirişi

GADTB: Gərəkən bütün zamanlar kimi o gün də Təbriz ayağa qalxdı. Faşist şahlıq sülaləsi yer üzündən silinməli idi!  Bu hökm Təbrizdən gəlmişdir!

Təbriz, panfaşist farsçı rejimin ölüm hökmunu verincə, bir daha bu torpaqlarda şovinizm yaşamasın deyə ümidvar olmuşdur. Lakin, dünya güclərinin imperyalist hədəfləri demokratiya deyil, despotizmi seçmişdir.

1356-ci il bəhmənin 29-da (1978-ci il fevralın 18-də) Şah-Xumeyni razılaşmasıyla dini Türk tələbələrinin Qom şəhərində qurşuna bağlanmasının 40-cı günündə yüzminlərcə Azərbaycan Türk Milləti vətənin dörd bir yanından Təbrizə axın edərək qətlə yetirilmiş övladlarının yasına qalxdılar. Faşist farsçı rejimin Təbrizdən olan haqlı qorxusu başına gəldi. Təbrizin böyük bazarında yerləşən Qızıllı Məscidindən başlayan millət ayaqlanması bir anda bütün Təbrizi bürüdü. Rejimin polisi, Savakı və ordusu bir an içində məhv oldu. Rejimə aid olan bütün mərkəzlər millətin əlinə keçdi. Rejim, sərsəmcəsinə İran adlanan ölkənin başqa-başqa yerlərindən özəl polis güclərini uçaqlarla Təbrizə gətirdi. Ancaq, iş-işdən keçmişdir. Təbriz öz hökmunu vermişdir!

8 saat sürən “29 BƏHMƏN USYANI” Pəhləvi faşizminin ölüm hökmunu imzalamış oldu. 10-larca gəncmiz şəhid düşdü. 11 igidimizi tutaraq gecə yarısı zindanda idam etdilər. Bir çox vətəndaşımızı gizlicə öldürdülər. Faşist Pəhləvi sülaləsinin xalqlar qarşısındakı dirənci bir ildən artıq sürmədi. Türk düşməni olan rejim, Türk şilləsilə yerlə bir oldu!

Şahlıq ölüncə, imperyalizmin ətəyi altından yeni bir faşist rejim ortaya çıxdı. Xumeyniçi fondamental şiə-fars rejimi xalqların aldadılmış zehniyyəti üzərinə minərək daha faşist, daha şovinist və daha qanlıca iş başına gəldi. Xumeyni rejimi, ilk fürsətdə Türk düşməni olduğunu, bu yöndə Şahdan daha qan içən olduğunu göstərmək üçün özünün üstü olan Türk dini lideri (Ayətullah Şəriətmədarı) öldürərək gövdə göstərdi.

Şah rejiminin sürəcində verdiyi qanların yüz qatını bu rejimin 42-illik dözümsüz və acımasız çağında vermiş olan Türk milləti, hələ də 1925-ci ildən bəri yasaqlanmış milli haqların basqısında sürünməkdədir. Artıq, Azərbaycan Türk Milləti üçün bütün barış yolları qapanmışdır. Artıq Türk-Fars varlıqlarının İran adlanan dövlət çatısında birgə yaşaması mümkünsüz olmuşdur.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), dünyanın ən sona qalmış geri qafalı rasizminə qarşı qələbənin təkcə yolunun İstiqlal olduğunu vurğulayır. GADTB, milli qurtuluş yolunda bütün milli qurumların şəffaf, cəsarətli və tək sözlü olduğunu ümid edir. Güneyin, istiqlaldan başqa yolu yoxdur. Bunu bütün milli qurumlarımızın anlaması gərəkir. Güney Azərbaycan Türklərinin özgürlük savaşının stratejisi yalnız Güney Azərbaycan Türk dövlətidir. Türk davası dediyində ayrı-seçgilik olamaz! Türk Qarabağını qazandısa, batılı güclərin PKK terror maşası üzərində əzici qələbələr əl etdisə, Güney Azərbaycanın da Fars işğalından azad edilməsini bacaracaqdır. Bunu son ayların olayları qanıtlamışdır. Türk davası cəsarət, tək ürəklik və laiklik ilə birlikdə çağdaşlıq və demokratiya istər.

95 ildir ki, qudsal milli varlığımız “İran”adı altında Fars irqçılığına məhkum olmuşdur. 29 bəhmən ayaqlanması ulu millətimizin faşist çaqqallara dur deməsi bir günü kimi qəhrəmanlıq tariximizin hafizəsindən heç silinməyəcəkdir.

Sözsüz ki, 29 bəhmən sadəcə bir gün kimi deyil, nəsillərimizin qıvanc dayanağı olaraq ulu millətimizin xatirəsində diri qalacaqdır.

29 bəhmən şəhidlərinin əziz anısı  varolsun.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Həmçinin yoxlayın

Amerikadan İrana görə Yaxın Şərqə çox sayda hərbi qüvvə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehrana ciddi xəbərdarlıq məqsədilə ötən üç həftə ərzində …

Erməni müxalifəti Paşinyanın Qaragöl şousunu ifşa etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Zəngəzur istiqamətində sərhədlərin delimitasiyası və demarkasiyası ilə …