Cümə axşamı , Noyabr 13 2025
azfa

Təbrizin Tibb Elmləri Universotetinin öyrənciləri, rejimin öyrəncilərə qarşı represiyalarına qarşı petisiya imzaladılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin Tibb Elmləri Universotetinin öyrənciləri, rejimin öyrəncilərə qarşı represiyalarına qarşı petisiya imzaladılar.

Onlar müəllim və öyrəncilərə qarşı repressiyaları pisləyib və Universitetin intizam komitəsinin ööyrəncilərə qarşı çıxardığı ağır cəzaların ləğvini tələb ediblər.

Öyrəncilərin imzaladığı petisiyada qeyd edilib: “Ölkədə baş verənlərə biganə qalmayan öyrəncilər təhdid, təhsildən məhrum və sürgün edilməməlidirlər”.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və öyrəncilərin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb, onların bir çoxuna qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Etirazlar baş verən zaman və ondan sonrakı dövrdə 700-dən çox tələbə həbs edilib, 1000-ə yaxın tələbə universitetdən qovulub.

Həmçinin rejimin məktəblilərə qarşı kimyəvi terror hücumu da ööyrəncilərin etirazı ilə qarşılaşmışdır.

Həmçinin yoxlayın

“Traxtur” 2025-ci ilin İranın adlanan ərazidə ən yaxşı futbol komandası seçildi!

GADTB: Futbol Tarixi və Statistikaları üzrə Beynəlxalq Federasiya (IFFHS) 2025-ci il üçün dünyanın ən güclü …

Tikantəpənin Zərəşuran qızıl mədəninin işçiləri etiraz aksiyası keçiriblər

GADTB: Bu gün Tikantəpə (Təkab) şəhərində yerləşən Zərəşuran qızıl mədəninin bir qrup işçisi müəssisənin inzibati …