Cümə , Oktyabr 4 2024
azfa

Təbrizli alim dünya alimləri siyahısında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı ekoloq Əhməd Bayburdi ardıcıl olaraq üçüncü dəfə dünya alimlərinin ilk iki faizinin siyahısına daxil edilib.

Əhməd Bayburdi Şərqi Azərbaycan Kənd Təsərrüfatı və Təbii Sərvətlər İdarəsinin Tədqiqat və Təhsil Mərkəzinin keçmiş rəhbəridir.

O, Azərbaycan əyalətlərində ekoloji problemləri, xüsusilə Urmiya gölü ilə bağlı araşdırmaları və çıxışları ilə tanınır.

Əhməd Bayburdi, Şərqi Azərbaycanın Qaradağ meşələrinin məhv edilməsi, Ermənistanın Araz çayını çirkləndirməsi sahəsindəki fəaliyyətlərinə, hakimiyyəti bunun qarşısını almamaqda ittiham etdiyinə görə təzyiqlərlə üzləşib.

Azərbaycanlı ekoloq bir müddət əvvəl başçılıq etdiyi mərkəzin rəhbərliyindən uzaqlaşdırılıb, hazırda heç bir dövlət idarəsinə işə götürülmür.

Həmçinin yoxlayın

Litva da Sepah-ı terror təşkilatı elan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Litva parlamenti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) …

İlham Əliyev: Ermənistan təhlükəli oyunlara qoşulub

GADTB: Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın …