
GADTB: Təbrizli fotoqraf Əmirhüseyn Hatif Təbriz Mədəniyyət Mərkəzinin rəsmilərinin əsərlərinin sərgilənməsinə son anda mane olmasına etiraz olaraq, öz fotoşəkillərini mədəniyyət müəssisəsinin qarşısındakı səkidə nümayiş etdirib.
Əmirhüseyn Hatef bəyin sərgisi oktyabrın 5-dən 8-dək Mir Əli Təbriz qalereyasında keçirilməli idi, lakin Mədəniyyət Mərkəzi rəsmilərinin etirazı ilə son anda ləğv edildi.
Mədəniyyət qurumu sərginin niyə ləğv edilməsi ilə bağlı heç bir açıqlama verməyib, lakin bu cür mədəni tədbirlərin ləğv edilməsinin tarixini nəzərə alsaq, çox güman ki, bu məsələdə təhlükəsizlik orqanlarının rolu olub.
Qeyd edək ki, Əmirhüseyn Hatefin əsərlərindən biri 2025-ci ilin sentyabrında “Həlledici məqam” mövzusunda keçirilən “35 AWARDS” beynəlxalq müsabiqəsində dünya əsərlərinin ən yaxşıları arasında yer alıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi