Bazar ertəsi , İyun 17 2024
azfa

Təbrizli millət vəkili Azərbaycan səfirliyinə terror hücumnun araşdırlmamasını tənqid etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran məclisindəki millət vəkili Əhməd Əlirzabeygi İran daxili işlər naziri Əhməd Vahidini Azərbaycan səfirliyinə terror hücumnun araşdırlmaması ilə bağlı sərt tənqid edib.

Bu barədə Təbrizin “Azərəncümən” xəbər saytının sosial media hesabında yazılıb.

Əhməd Əlirzabeygi deyib: “Günorta vaxtı bir nəfər xarici ölkənin səfirliyinə “Kalaşnikov” avtomatı ilə hücum edib, amma məsələnin təhlükəsizlik baxımından araşdırılması hələ də diqqətdən kənarda qalıb. Mən daxili işlər nazirinin yerinə olsaydım, buna görə istefa verərdim”.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …