
GADTB: İrqçi fars-molla rejimin ayrıseçkilik siyasəti o qədər kəskin xarakter alıb ki, deputatlar da etiraf edib narazılıq etməyə məcbur qalırlar. Təbrizdən olan millət vəkili Əlirza Novin İdman Nazirliyi və İran Futbol Federasiyasının rəhbərliyinin İran stadionlarında türklərə və Traxtur futbolçularına qarşı irqçi təhqirlərə qarşı fəaliyyətsizliyini və laqeydliyini tənqid edərək, xəbərdarlıq edib.
Novin deyib: “İranda futbolun gələcəyi əxlaqsızlıqla təhdid edilir və bu xəstəliyin müalicə olunmaması gələcək nəslə utanc gətirəcək. Premyer Liqa çempionunun müəyyənləşməsi ərəfəsində Futbol Federasiyasının söyüş və etnik təhqirlər qarşısında fəaliyyətsiz qalması belə halların artmasına gətirib çıxarıb. Stadionlarda Taxtorun və digər komandaların oyunçularının şərəfi, türklərin və digər etnik qrupların nümayəndələri təhqir edilməməli, Futbol Federasiyası isə bu haldan öz xəzinəsini doldurmaq üçün cərimə vasitəsi kimi istifadə etməklə kifayətlənməməlidir. Yaxşı bilirsiniz ki, futbol aləmində bir milyardlıq cərimə klub və futbolçular üçün ağır və ya çəkindirici rəqəm deyil.”
Qeyd edək ki, “İran millətçiliyi” pərdəsi altında təqdim edilən antitürkçülük və fars irqçiliyi İranda son yüz ildə institutlaşdırılıb və bu ölkədəki türklər dəfələrlə farslar tərəfindən təzyiqlərə və aşağılamalara məruz qalıblar. İran hökuməti isə öz növbəsində sistemli şəkildə irqçiliyi cəmiyyətə aşılamağa davam edir. İranın dərsliklərində, mətbuatında türklər aşağılanır, onların tarixi və kimliyi təhrif edilir.