Şənbə , Fevral 8 2025
azfa

Təbrizli  xanımların Azərbaycan musiqisi və rəqsindən ibarət tamaşası Tehranda coşqu ilə qarşılanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi rəsmiləri azərbaycanlı qadınların Azərbaycan şəhərlərində konsert verməyə icazə vermədiyi halda, Tehranın Vəhdət zalında Təbrizin “Parla” qrupunun Azərbaycan musiqisi və rəqsindən ibarət tamaşası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Marya Yəzdaninin rəhbərlik etdiyi və oxuduğu, xoreoqrafı Fatimə Məhəmmədinin olduğu Parla Xalq Musiqisi və Rəqs Qrupu cümə axşamı günü qadınlar üçün xüsusi konsertlə Azərbaycan musiqi və rəqslərindən parçalar ifa edərək səhnəyə çıxıb. Qrupun çıxışı Tehran tamaşaçıları tərəfindən müstəsna rəğbətlə qarşılanıb.

Təbrizin “Parla” qrupu 2017-ci ildən bəri Tehranda çoxsaylı çıxışlar edib, lakin İran hakimiyyəti qrupun Təbrizdə və ya Azərbaycanın digər şəhərlərində tamaşalar keçirməsinə hələ icazə verməyib.

2023-ci ildə Parla qrupu Şərqi Azərbaycan vilayətinin təmsilçisi kimi Fəcr Beynəlxalq Musiqi Festivalında iştirak etmişdi. Qrup Katibliyin dəvəti ilə bu il fevralın 15-də keçiriləcək 40-cı Fəcr Musiqi Festivalında da çıxış edəcək.

Video:

https://t.me/GADTB1/39743

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı iki əsas vasitə – Ermənistana dəstək və proksi müharibədən istifadə edib”

GADTB: “Atlantic Council” saytında “ABŞ #Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsindən necə faydalana bilər” başlığı ilə dərc olunan …

Azərbaycan hərbçiləri Pakistanda çoxmillətli dəniz təlimində iştirak edir

GADTB: Azərbaycan hərbçiləri Pakistanda çoxmillətli dəniz təlimində iştirak edir. Azərbaycan Müdafiə Nazirliyinin məlumata görə, Azərbaycan …