Cümə axşamı , Dekabr 8 2022
azfa

Təzyiqlərə son qoyulmasa azərbaycanlı fəal quru aclıq aksiyası keçirəcəyini bildirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə həbsdəa saxladığı Yusif Kari aclıq aksiyasının üçüncü günündə ayın 16-a kimi öz bölməsinə qaytarılmayacağı təqdirdə quru aclıq aksiyasına başlayacağını bildirib.

Azərbaycanlı milli-mədəni fəallın zindan yoldaşlarının bildirdiyinə görə, Kari Ərdəbil zindanınıb məsullarına xəbərdarlıq edərək bildirib ki, ayın 16-a kimi karantin bölməsindən öz bölməsinə qaytarılmayacağı halda başlatdığı aclıq aksiyasını quru aclıq aksiyası ilə dəyişəcək.

Qeyd edək ki, irqçi fars rejimin Ərdəbil zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Yusif Kari zindanın nəzarətçisi Sepehrinin təhqirlərinə etiraz etdiyi üçün 8-ci karantin bölməsinə köçürülüb.

Azərbaycanlı milli-mədəni fəal zindanda hüquqlarının təmin edilməsi istəyi ilə yanvarın ayının 13-dən aclıq aksiyasına başlayıb.

Yanvarın 13-də Yusif Kari tibbi məzuniyyət istədiyi üçün Sepehri onu öz kabinetinə çağırıb, həmin fəalın başqa siyasi məhbuslara qarşı nalayiq ifadələr işlədib.

Yusif Kari 2020-ci il noyabr ayının 30-da Ərdəbil zindanında koronovirusun yayılması barədə məlumat vermişdi. Koronovirusun yayılması xəbərindən sonra Yusif kari zindanın 7-ci bölməsindən 1-ci bölməsinə köçürülmüşdü.

Yusif Kari 2019-cu il sentyabrın 3-də mülki geyimli şəxslər tərəfindən yaxalanmışdır. O sonralar rejimin Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsində 6 il həbs cəzasına məhkum edilmişdi. Lakin həbs qərarı Apellyasiya Məhkəməsi tərəfindən 2 ilə endirilib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də “Dalana dirənən molla rejimi hansı addımı atacaq?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

İran növbəti dəfə Ermənistana gizli yollarla silahlar göndərdi

GADTB: oktyabr ayında Tehran gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib. Göndərilən …