Cümə axşamı , Oktyabr 29 2026
azfa

Təbriz etirazları zamanı yaxalanan azərbayacanlı fəallar zindana köçürüldülər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz etirazları zamanı yaxalanan azərbayacanlı fəallar Məhəmməd Kazimi və Rza Şəhrivər avqustun 10-da telefon vasitəsilə ailələrinə Təbrizdə zindana köçürüldükləri barədə məlumat veriblər.

Təbrizdə 24 iyul etirazlarından sonra, iyulun 27-də yaxalanan Məhəmməd Kazimi və Rza Şəhrivər Rejimin ETTELAAT İdarəsinin təcridxanasından Təbrizin mərkəzi həbsxanasının karantin bölməsinə köçürülüblər.

Fəallara qarşı ittiham barədə də hələlik məlumat verilmir. Lakin hər iki fəalın əl-Əhvaz etirazlarına dəstək və Güney Azərbaycan bölgələrində olan problemlərə rejimin laqeydliyinə etiraz olaraq iyulun 24-də keçirilən etirazla bağlı yaxalandıqları güman edilir.

Qeyd edək ki, iyulun 24-də Güney Azərbaycanın bir sıra şəhərlərində, özəlliklə Təbrizdə etiraz aksiyası keçirilmişdi. Həmin etirazlarda çox sayda azərbaycanlı fəal yaxalanmışdı.

Həmçinin yoxlayın

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …