Çərşənbə , Sentyabr 23 2026
azfa

Təbriz etirazlarında rejimin yaxaladığı fəalların mühakimə edilməsi barədə qərar çıxarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 24 iyul Təbriz etirazları ilə bağlı irqçi fars rejimin yaxaladığı fəalların mühakimə edilməsi barədə qərar çıxarılıb. Azərbaycanlı fəallarCəbbar Rahdar, Hadi Əfsəri, Qulamhüseyn Qaracadaği, Puya Xudai, Şayan Təqəvi, Yaşar Kazimi, Arif Muradpur, Əbülfəzl Kəraməti, Hüseyn Yusifi, xanımlar Ulduz Qasimi və Münirə Çəməngülzar son müdafiələrin təqdim etdikdən sonra rejim onların mühakimə edilməsi barədə qərar çıxardı.

Qərar rejimin Təbrizdəki 17-ci İstintaq bölməsində çıxarılıb. Qərara əsasən azərbaycanlı fəallar qanunsuz “Hay-küy salmaq və toplaşmaqla ictimai asayyişi və nizam intizamı pozmaq”da ittiham olunaraq mühakimə edilmələri barədə qərar verilib.

Həmçinin həmin qərara əsasən Pəriçehrə Məhəmmədpur, Əkrəm Səfəri, Məsumə Şahi və Zəhra Xadimrad ictimai asayişi pozmaq ittihamından bəraət alıblar və onlar həmin i9ttihamla mühakimə edilməyəcəklər.

Qeyd edək ki, Təbrizdə əl-Əhvaz etirazlarına dəstək məqsədilə iyulun 24-də keçirilən etirazlarla bağlı çoxsaylı azərbaycanlı fəal yaxalanmışdı.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …