Şənbə , Oktyabr 10 2026
azfa

Təbriz İncəsənət Universitetinin tələbəsi Səhənd Tahiri yenidən saxlanılıb

GADTB: Daha əvvəl saxlanıldıqdan sonra azadlığa buraxılmış Təbriz İncəsənət Universitetinin qrafika ixtisası üzrə tələbəsi Səhənd Tahiri yenidən molla rejimin qüvvələri tərəfindən saxlanılıb.

İndiyədək onun saxlanılmasının vaxtı, yeri və hansı qurum tərəfindən aparıldığı barədə rəsmi məlumat yayılmayıb. Saxlanmadan bir neçə gün keçməsinə baxmayaraq, ailəsi və yaxınları hələ də onun harada saxlanıldığı, hüquqi durumu və səhhəti barədə məlumat ala bilmədiklərini bildirirlər. Tələbənin sağlamlıq vəziyyəti ilə bağlı narahatlıqlar qalmaqdadır.

Bu hadisə universitet tələbələri və akademik fəallara qarşı artan təhlükəsizlik təzyiqlərinin davamı kimi qiymətləndirilir və saxlanılan tələbələrin taleyi ilə bağlı narahatlıqları daha da artırır.

Həmçinin yoxlayın

İran mediasından Azərbaycana qarşı yeni təbliğat: Məktəbli forması qaydaları yeni bəhanəyə çevrildi

GADTB: SEPAH-a bağlı “Tasnim” xəbər agentliyi Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim qaydaları …

Xəzərin səviyyəsinin 18 metr aşağı düşəcəyi deyilir- Video

GADTB: Son dövrlərdə Xəzər dənizinin səviyyəsində qeydə alınan kəskin enmələr, sahil xəttinin kilometrlərlə geri çəkilməsi …