Bazar ertəsi , Oktyabr 5 2026
azfa

Təbriz Neft-Kimya Zavodunun işçiləri etiraza qalxdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə Neft-Kimya Zavodunun işçiləri etiraz aksiyası keçirib. Narazı işçilər əmək haqlarının az olmasına etiraz ediblər.

Təbriz Neft-Kimya Zavodunun işçiləri əmək haqlarının aşağı olmasına, eləcə də onların əmək haqları ilə Zavodun rəsmi işçilərinin əmək haqqı arasında böyük fərqə olduğuna etiraz ediblər.

Narazı işçilər bildirirlər ki, bu zavodun rəsmi işçilərinin maksimum əmək haqqı 47 milyon tümən olduğu halda, əksər işçilər üçün bu rəqəm 10 milyon tüməndir.

Qeyd edək ki, etiraz edən işçilər əsasən müvəqqəti müqavilələrlə işə götürüldükləri üçün siğorta, əlavə işə görə əmək haqqı və s. üstünlüklərdən məhrumdurlar.

Həmçinin yoxlayın

Səməd Heydəri girov və elektron qandalla Təbriz həbsxanasından azad edilib

GADTB: Azərbaycan türkü fəal Səməd Heydəri 6 milyard tümənlik girovun qoyulması və elektron qandal tətbiqi …

İranda 70 min tibb bacısı evdə oturub; istefa dalğası davam edir

GADTB: Tibb Bacıları Evinin baş katibi Məhəmməd Şərifi-Müqəddəm İranda təxminən 70 min tibb bacısının işsiz …