
GADTB: Yerli mənbələrin məlumatına görə, bu gün günorta saatlarında Təbriz şəhərində həyata keçirilən hücumlar zamanı şəhərin daxilində bir sıra mühüm nöqtələr hədəfə alınıb. Bildirilir ki, hücumlar şəhər mərkəzinin müxtəlif ərazilərində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, hədəf alınan yerlər arasında Pastor məhəlləsi, Saat Meydanı ətrafı, vilayət administrasiyasının binası, Aşura Korpusuna aid qərargah, Nisf‑rah ərazisi, polis istintaq idarəsi və şəhərdə yerləşən bir neçə polis bölməsi göstərilir.
Məlumata görə, Təbrizin Hafiz küçəsində yerləşən xüsusi polis qüvvələrinin qərargahı, eləcə də Nisf-rah bölgəsindəki kriminal polis idarəsi də hücuma məruz qalıb. Hücumlardan sonra Ərteş prospekti ilə Hafiz küçəsinin kəsişməsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Həmçinin bildirilir ki, Şərqi Azərbaycan Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin Azərbaycan küçəsi, Təbrizndə yerləşən binası tamamilə dağıdılıb. İndiyədək xilasedici qurumlar ölənlərlə bağlı məlumat verməyib, yaralıların sayı isə dəqiqləşdirilir.
Səttar Dadaşi – Əcəbşir rayonunun polis rəisi – yerli mediaya bildirib ki, şəhərdə yerləşən 11 saylı polis bölməsi və yol polisi idarəsinə edilən hücum zamanı əvvəlcədən görülmüş tədbirlər sayəsində insan tələfatı qeydə alınmayıb.
Məlumatlara görə, Cənubi Azərbaycanın digər şəhərlərində də oxşar hücumlar baş verib. Belə ki, Binab, Üskü, Əcəbşir, Azərşəhr, Mərənd və Məlikan rayonlarında polis və hərbi mərkəzlərin də hədəfə alındığı bildirilir.
Bundan əlavə, Binab şəhərində təhlükəsizlik xidmətinin binası, həmçinin Qoşaçay (Miyandoab) və Məlikan bölgələrində bəzi dövlət strukturlarının obyektlərinin də hücumlara məruz qaldığı qeyd olunur.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi