Bazar ertəsi , İyun 15 2026
azfa

Təbrizdə azərbaycanlı yazıçı Süsən Nəvadeyi Rəzinin 40 mərasimi keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprelin 23-də Təbrizin “Vadi Rəhmət” qəbristanlığının fəxri bölməsində azərbaycanlı yazıçı, şairə və ictimai fəal Süsən Nəvadeyi Rəzinin 40 mərasimi keçirilib.

Mərasimdə yazıçının ailə üzvləri ilə yanaşı, bir sıra azərbaycanlı yazıçı, şair, ziyalı, sənət adamları və müxtəlif bölgələrdən gələn fəallar iştirak ediblər.

Mərasimdə Süsən Nəvadeyi Rəzinin yaradıcılığı barədə danışılıb, şeirlər oxunub. Həmçinin azərbaycanlı sənətçi Solmaz Balai “Ayrılıq” mahnısını ifa edib.

Mərasimdə Süsən Nəvadeyi Rəzinin məzari üstündə üzərində “Hər harda gözəllik və dirilik varsa, orada qadın izi var demək” yazılmış baner asılıb.

Qeyd edək ki, 1962-ci ildə Təbrizin Şəhriyar məhəlləsində dünyaya gələn Süsən Nəvadeyi Rəzi uzun illər “Məhdi Azadi” qəzetinin türkcə bölümündə çalışıb.

Ömrünün son illərini “Təməddün” qəzetinin türkcə bölümündə Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə bağlı yazılar yazmaqla keçirib.

Nəvadeyi Rəzi “El bilimi” və “Folklorçu xanımlar” mədəni-ədəbi dərnəklərinin idarə heyətinin üzvü olub.

Həmçinin yoxlayın

Ərdəbildə toy məclisinə görə şadlıq sarayı möhürləndi, sahibi saxlanıldı

GADTB: Ərdəbil şəhərinin prokuroru bu şəhərdə fəaliyyət göstərən bir şadlıq sarayının “qarışıq toy mərasimi keçirilməsi” …

BMT: İran hakimiyyəti ilin əvvəlindən bəri təhlükəsizlik ittihamları ilə azı 40 nəfəri edam edib

GADTB: Volker Türk bildirib ki, İran hakimiyyəti 2026-cı ilin əvvəlindən indiyədək “milli təhlükəsizlik”lə əlaqələndirilən ittihamlar …