Çərşənbə , Oktyabr 14 2026
azfa

Təbrizdə bir qrup milli fəal azərbaycanlı siyasi məhbusa azadlıq tələbilə aksiya keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbriz şəhərində bir qrup azərbaycanlı fəal sazərbaycanlı iyasi məhbus, idmançı və milli fəal Kərim İsmayılzadəyə azadlıq tələbilə aksiya keçiriblər.

Onlar milli fəalın posterlərini çap edib ictimai yerlərə yapışdırmaqla ona azadlıq tələb ediblər.

Milli fəalların yaydığı vərəqələrdə yazılıb: “Ədalət bayrağının altında toplaşmasaq, ədalətsizlik hamımızı yıxacaq!”

Eyni zamanda milli fəallar divarlara şüarlar da yazıblar: “Azərbaycan arxandadır, boksçu Kərim!”; “Boksçu Kərim, qoy mən ölüm, sən yaşa Azərbaycan!”.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …