Şənbə , İyul 18 2026
azfa

Təbrizdə genişmiqyaslı vərəqələr yayıldı: “Azərbaycan öz yolunu gedir”

GADTB: Azərbaycan milli hərəkatı fəalları 1404-cü ilin aban ayının 24-ü axşam saatlarında Təbrizin müxtəlif məntəqələrində milli tələblərlə bağlı şüarlar və etiraz məzmunlu vərəqələr paylayıblar.

Vərəqələrdə yer alan həştəqlər “öz müqəddəratını təyinetmə haqqı”, “milli hərəkatın müstəqilliyi” və “hər cür hakimiyyət təzyiqinin rəddi” kimi mövzular əsasında hazırlanıb. Şüarlar Azərbaycan toplumunun mərkəzçi siyasətlərə, təhlükəsizlik layihələrinə və təzyiqlərə qarşı dayanışmasını ifadə edir.

Vərəqələrdə aşağıdakı həştəqlər diqqət çəkir:

#Azərbaycan_milləti_qərar_verir

#Milli_hərəkat_millətdən_millət_üçün

#Vətən_satqınlığına_yox

#Azərbaycan_öz_yolunu_gedir

#Azərbaycan_milli_hərəkatı_ticarət_mövzusu_deyil

#Kürd_terrorizminə_yox

#Mərkəzçiliyə_yox

#Təhlükəsizlik_layihələrinə_yox

#Azərbaycan_satılıq_deyil

#Azərbaycan_milli_hərəkatında_həşiyə_yaratmağa_yox

Şəhərin küçələrində, piyada keçidlərində və müxtəlif ictimai məkanlarda geniş şəkildə yayılan bu vərəqələr şəhər sakinlərinin diqqətini cəlb edib. Şahidlərin sözlərinə görə, təhlükəsizlik qüvvələri dərhal vərəqələri toplamağa başlayıblar.

Aksiya son günlərdə azərbaycanlı fəalların saxlanması, artan təhlükəsizlik təzyiqləri və davam edən ittiham-sənədləşdirmə prosesləri fonunda baş verib. Milli hərəkat fəalları bildirirlər ki, “Azərbaycan cəmiyyəti heç vaxt təhlükəsizlik təzyiqləri, kimliksizlik siyasəti və mərkəzçi yönlü layihələr qarşısında milli mövqeyindən geri çəkilməyəcək.”

Həmçinin yoxlayın

Molla rejimi həbs etdiyi milli fəallar barədə ailələrinə məlumat vermir

GADTB: bir müddət öncə Ərdəbil və Xiyav (Meşgin) şəhərlərində həbs edilən azərbaycanlı milli fəallar Siyamək …

İranda daha bir neçə körpü və rabitə infrastrukturu ABŞ hücumlarının hədəfi olub

GADTB: Sepaha yaxınlığı ilə tanınan Təsnim xəbər agentliyi ABŞ-ın İrana qarşı hücumlarının yeddinci gecəsində Bəndər-Abbas–Rudan …