Cümə axşamı , Oktyabr 29 2026
azfa

Təbrizdə Pəhləvi rejiminin Azərbaycan xalqına qarşı törətdiyi qırğına görüntülər –– VİDEO

GADTB: Təbrizin Heydərabad məhəlləsində su və kanalizasiya idarəsinin əməkdaşları tərəfindən aparılan qazıntı işləri zamanı kütləvi məzarlığın aşkarlandığı barədə məlumatlar yayılıb. Bildirilir ki, bu məzarlıq Azərbaycan Milli Hökumətinin süqutundan sonra Azərbaycan xalqına qarşı həyata keçirilən qanlı repressiyanın qurbanlarına aid olub.

Məlumatlara görə, 1946-cı ilin dekabrı İran ordusunun Təbrizə daxil olmasından sonra mərkəzi hökumət qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi repressiyalar zamanı minlərlə azərbaycanlı öldürülüb.

Bəzi yayımlanmış mənbələrdə və xatirələrdə də bu repressiyalar zamanı öldürülənlərin sayının çox olduğu qeyd edilir. Pəhləvi rejiminin yüksək vəzifəli məmurlarından olmuş Hüseyn Fərdustun adı da qətlə yetirilənlərin sayı ilə bağlı bəzi rəvayətlərdə çəkilir.

Təbrizdə kütləvi məzarlığın aşkarlanması ilə bağlı yayılan görüntülər Azərbaycan Milli Hökumətinin süqutundan sonra Azərbaycan xalqına qarşı həyata keçirilmiş repressiya və qırğın məsələsini yenidən gündəmə gətirib.

https://t.me/GADTB1/57433

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …