GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Təbrizdə Azərbaycanın poeziya, ədəbiyyat və musiqi sənətçiləri və xalq fəallarının kollektiv səyləri ilə Qaşqay sənətçisi Aylar xanım Kavianiyə anım mərasimi keçirilib və həmin sənətçi təltif edilib.
Azərbaycanın bəzi şair və yazıçılarının, rəqs, musiqi və xanəndə sənətkarlarının iştirakı ilə keçirilən bu mərasim milli adət-ənənələrə uyğun olaraq, aşıq mahnıları və söz-sazla başlayıb, sənətçilərin çıxışı ilə davam edib.
Bu qaşqay sənətkarının Təbrizdə olmasından məmnunluğunu ifadə edərək, bütün qaşqayları salamlayaraq Azərbaycan türkləri ilə qaşqayların birliyini vurğulayıb və bir-biri ilə mədəni və incəsənət əlaqələrinin inkişafından danışıb.
Aylar Kaviani qaşqay şairlərindən Azərbaycan və Təbriz haqqında misralar oxuyaraq bütün Azərbaycan türklərinə minnətdarlığını bildirib, özünü vətənində hiss etdiyini deyib. Qaşqay türklərinin sənətçisi Azərbaycan və Qaşqay türklərinin bir-birindən ayrılmaz olduğunu xatırladıb.