Çərşənbə , Oktyabr 14 2026
azfa

Təbrizdə şagirdləri türk dilində mahnılar oxuyan məktəbin təsisçisi və rəhbərliyi ETTELAAT-a çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdəki “Kara” qızlar və oğlanlar üçün məktəblərin təsisçisi xanım Bayramzadə molla rejimin ETTELAAT orqanı tərəfindən çağrılaraq məktəbin lisenziyasının ləğv ediləcəyi ilə hədələnib.

Onunla birgə məktəbin oğlanlar korpusunun rəhbəri xanım Əzimpuran və qızlar korpusunun rəhbəri xanım Rəsulivənd də ETTELAAT İdarəsinə çağrılıb.

Beynəlxalq Ana Dili Günü münasibətilə, “Daşlı qala”, “Sudan sələn sürməli qız” və digər Azərbaycan mahnılarının şagirdlər tərəfindən ifa edilməsi ilə bağlı baş verən bu hadisə, sosial media istifadəçiləri tərəfindən geniş dəstək gördü.

ETTELAAT-ın isə bu qanunsuz çağırışı Beynəlxalq Ana Dili Günündə Təbrizin Atlas ticarət kompleksində Kara məktəblərinin qız və oğlan şagirdlərinin türkcə “Daşlı qala”, “Sudan gələn sürməli qız” və digər Azərbaycan mahnılarını oxuması ilə bağlıdır.

video:

https://t.me/GADTB1/40627

Həmçinin yoxlayın

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …