Şənbə , Noyabr 23 2024
azfa

Təbrizdə tarixi Gülüstan bağının dağıdılması davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejim Təbrizdə tarixi Gülüstan bağıtmağa davam edir.

Bir neçə həftə əvvəl Təbrizin tarixi Gülüstan bağında başlayan ağacların kütləvi kəsilməsi və qanunsuz tikinti işləri davam etdirilir.

Təbriz Şəhər Şurasının sözçüsü Fridun Babayi Əqdəm bildirdiyinə görə, dövlət qurumları əlbir olaraq parkın dağıdılmasına göz yumurlar.

Babayi Əqdəm bununla bağlı deyib: “Burada Təbriz bələdiyyə başçısı səlahiyyətində olmadan tikinti barədə icazə verdiyinə görə günahkardır, bununla yanaşı polis komandanı da qanunsuz tikintiyə görə məsuliyyət daşıyır. Eyni halda prokurorluq da tikinti işlərinin dayandırılması barədə qəti göstəriş vermədiyinə görə qanunsuzluq edir”.

Şəhər Şurasının sözçüsü Şərqi Azərbaycan Mədəni İsr təşkilatını da ittiham edib və bu qurumun nəzarətində olan parkda qanunsuz tikinti işlərinə göz yumduğunu deyib.

Qeyd edək ki, Fridun Babayi Əqdəm Gülüstan bağının dağıdılması ilə bağlı məsələni ictimailəşdirdiyinə görə təhlükəsizlik idarəsinin təzyiqləri ilə üzləşib.

O, yaydığı video müraciətdə özü və ailəsinin təhdid edildiyini və ekoloji problemlə bağlı paylaşım və çıxışlarını dayandırmağa çağırıldığını söyləyib.

Qeyd edək ki, bir neçə həftə əvvəl Təbriz bələdiyyəsi Gülüstan bağı ərazisinin 1000 kvadrat metrini təhlükəsizlik orqanlarından birinin ixtiyarına verib. Bundan sonra tarixi parkda ağaclar kəsilib və yaşıllıq zolağının məhv edilməsinə başlanlıb.

Şəhər Şurasının bir neçə üzvü, mədəni fəalların və yerli əhalinin etirazlarına baxmayaraq, tikinti işləri davam etdirilir.

5.2 hektar ərazisi olan və şəhərin mərkəzində yerləşən Gülüstan bağı Təbrizin, ümumilikdə isə İranın ən qədim şəhərdaxili parklarından biri sayılır.

Həmçinin yoxlayın

Ermənistan Zəngəzur dəhlizinin onun ərazisindən keçməsini istəyir

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu “224 km-lik Qars-İğdır-Aralık-Dilucu yüksək standartlı dəmir yolu layihəsinin …

Təbrizdə molla rejimi tərəfindən uzun müddətli həbsə məhkum edilən fəallara azadlıq tələbilə şuarlar yazılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəallarından bir qrupu molla rejimi …