Çərşənbə , Aprel 16 2025
azfa

Təbrizdə tibb işçiləri etiraza qalxdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Təbrizdə bir qrup tibb işçisi Nisfirah bölgəsindəki sağlamlıq mərkəzinin qarşında toplaşaraq etiraz aksiyası keçiriblər.

Məlumata görə, etirazçı tibb işçiləri borclarının dərhal ödənilməsini, problemlərinin həllinə baxılmasını istəyiblər. Eyni zamanda, onlar ağır iş saatlarına da qarşı çıxıblar.

Əllərində plakatlar tutan etirazçılar tələblərinin dərhal yerinə yetirilməsini, iş və rifah şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. Onlar həmçinin iş həcminin çox olması, şəraitin olmamasından şikayətlənərək, onların problemlərinə hakimiyyətdən ciddi diqqət yetirməyi tələb ediblər.

Etirazçılar bu vəziyyətin davam etməsinin səhiyyə xidmətlərinin keyfiyyətinə də mənfi təsir göstərəcəyini vurğulayaraq, dövlət orqanlarını bu problemlərin tezliklə həlli üçün tədbirlər görməyə çağırıblar.

Həmçinin yoxlayın

Tramp komandası İranla razılaşma olmazsa, müharibənin baş verəcəyinə inanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tramp komandası İranla razılaşma olmazsa, müharibənin baş verəcəyinə …

Molla rejimi Ərdəbildə sosial blogerləri həbs edib

GADTB: İrqçi fars-molla rejimi Ərdəbil şəhərində bir neçə bloger və sosial media fəalını həbs edib. …