Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Təbrizdə Ümid Gözəl və Nima Məhəmmədi Nəsəbdən hələ də xəbər yoxdur

GADTB: Təbrizdə saxlanılan Ümid Gözəl və Nima Məhəmmədi Nəsəb barədə məlumat əldə olunmaması davam edir.

Ümid Gözəl, 28 yaşlı, Təbrizin Yeni Səhər Səhənd şəhərindən olan və etirazçı kimi tanınan şəxs, 1404-cü ilin 18 dey tarixində iş yerində mülki geyimli şəxslər tərəfindən əlləri və gözləri bağlanaraq saxlanılmışdı. 20 gün keçməsinə baxmayaraq, onun haqqında etibarlı məlumat yoxdur və bu, ailəsinin ciddi narahatlığına səbəb olub.

Həmçinin 18 yaşlı yeniyetmə Nima Məhəmmədi-nəsəb Təbriz şəhərində işdən evə qayıdarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Bu yeniyetmənin ailəsi məsul qurumlara dəfələrlə müraciət etsə də, yalnız qeyri-müəyyən və üstüörtülü cavablar alıblar. Ailənin bildirdiyinə görə, aidiyyəti şəxslər sadəcə “saxlanılanların karantində saxlanıldığını” deyiblər, lakin saxlanılma yeri, sağlamlıq durumu, hüquqi vəziyyəti və saxlanma müddəti barədə heç bir açıqlama verilməyib.

Bu cür qeyri-şəffaf cavablar və məlumat verilməsindən imtina ailənin həmin yeniyetmənin təhlükəsizliyi və sağlamlığı ilə bağlı narahatlığını daha da artırıb. Saxlanılan şəxsin vəziyyəti barədə xəbərsiz qalmaq ailənin məlumat alma hüququ, vəkilə çıxış hüququ, yaxınlarla əlaqə hüququ kimi əsas hüquqların pozulması və məcburi yoxa çıxarma kimi qiymətləndirilə bilər.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …