GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tiraxtur futbol komandası bu gün Xuszistanın İstiqlal komandası ilə Təbrizin Sənənd stadionunda yarışıb. Yarış 3-0 hesabı ilə Təbrizin Tiraxtur komandasının xeyrinə sona çatıb.
Tiraxturun qollarının 25-ci dəyqədə İrapuriyan, 45-ci dəyqədə Əlişah, 92-ci dəyqədə isə Pəhləvan vurdu. Güney Azərbaycanın Tirəxtur komandası bu qələbə ilə iyirmi xal kəsb etməklə cədvəldə doqquzuncu olub.
Stadiona gələn azərbaycanlı tərəfdarlar həmahəng şəkildə oyunun 15-ci dəyqəsində “Türk dilində mədrəsə” şüarı səsləndiriblər. Onlar beləliklə İran rejimindən konstitusiyanın 15-cı maddəsini icra etməyi tələb ediblər. Lakin İran rejimi kürdlərə ana dilində müəyyən dərəcədə hüquq versə də, irqçi siyasətlə Azərbaycan türklərinə ana dilində məktəbdə təhsilə icazə vermir.
Yarışdan video: