Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Təbrizli fotoqraf Reza Deqati Şuşa haqqında film çəkib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünya şöhrətli fotoqraf Reza Deqati Şuşa haqqında film çəkib. Bununla bağlı Reza Deqati İnstaqram səhifəsində paylaşım edib.

Paylaşımda şəhid Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” mahnısı fonunda Şuşanın havadan görüntüləri yer alıb.

Reza Deqati paylaşımında X.Yusifzadə haqqında da məlumat verir. Bildirir ki, Xudayar Yusifzadə Bərdədəki Bülbül adına incəsənət məktəbinin parlaq yetirməsi olub. O, Qarabağın işğaldan azad olunması uğrunda müharibə zamanı bir çox cəbhələrdə döyüşüb. Vətənpərvərlik haqqında mahnını ifa etdiyi bu videonu ölümündən iki gün əvvəl anasına göndərib. Onun arzusu opera müğənnisi olmaq idi.

“İndi onun bu ifası Azərbaycanda hər bir evdə məşhurdur. Ona görə də mən bu mahnını filmimin musiqisi olaraq seçdim”, – fotoqraf qeyd edib.

Həmçinin yoxlayın

Çaroymaqda məktəbin vəziyyəti İran rejiminin Azərbaycana qarşı müstəmləkəçi siyasəti göstərir

GADTB: Çaroymaq rayonunda yerləşən Şəhid Qənbərpur məktəbindən yayılan görüntülər təhsil infrastrukturunun acınacaqlı vəziyyətini nümayiş etdirir. …

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …