Cümə , Sentyabr 25 2026
azfa

Təbrizli fotoqraf Rza Diqqəti Söyüdlü yatağından Azərbaycan hərbçilərinin şəkillərini  paylaşdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “National Geographic” jurnalının tanınmış fotojurnalisti, Fransada yaşayan təbrizli fotoqraf Rza Diqqəti Kəlbəcər rayonu Söyüdlü (Zod) qızıl yatağını və ərazini qoruyan Azərbaycan hərbçilərini lentə alıb.

Hərbi müxbir həmin fotoları öz sosial şəbəkə hesabında paylaşaraq bu fikirləri qeyd edib:

“Zod qızıl yatağı. Kəlbəcər, Qarabağ, Azərbaycan.

Qarabağ son 27 ildə erməni qoşunlarının işğalı altında olduğu müddətdə BMT və digər beynəlxalq təşkilatların ciddi qınağına baxmayaraq, ermənilər Zod qızıl yatağını talayıblar. İşğal olunmuş ərazilər Azərbaycan tərəfindən azad olunduqdan sonra ermənilər Ermənistana qayıdıb yatağın onlara aid hissələrini istifadə etməyə başladılar. Azərbaycan beynəlxalq məhkəmələrdən təzminat və ədalət tələb edir”.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …