
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi müstəmləkəçi kimi Güney Azərbaycanın mədənlərini talayır. Təkcə Qərbi Azərbaycan İranın qızıl istehsalının 40 faizini təşkil edir.
Qərbi Azərbaycan əyalətinin baş hakimi açıqlamasında bildirib ki, bütün İran üzrə mövcud olan qızılın 40 faizi Qərbi Azərbaycan əyalətinin Tikantəpə bölgəsində istehsal olunur
O, təklif edib ki, İran Milli Qızıl Şirkəti Tikantəpədə (Təkab) yaradılsın.
Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanın qızıl və s. qoymətli mədənlərini talayıb ixrac edir. Bundan əldə etdiyi gəlirin neft gəlirlərindən artıq olduğu bildirilir.