Cümə axşamı , Oktyabr 15 2026
azfa

“Tətik mexanizmi”nin işə düşməsi İranda dərman istehsalını da iflic edə bilər

GADTB: İran mediası ölkədə dərman qıtlığının kəskinləşdiyini bildirir. Tehranda nəşr olunan “Etemad” və digər qəzetlər xəbərdarlıq ediblər ki, tətik mexanizminin işə düşməsi yerli dərman istehsalında fasilələrə və istehsal xəttinin dayanmasına səbəb ola bilər.

Mənbələrə görə, valyuta və kredit çatışmazlığı, eləcə də BMT sanksiyalarının təsiri əczaçılıq sektorunu ciddi zərbə altında qoyub. “Etemad” qəzeti yazır ki, vəziyyət ilin sonuna qədər dərin dərman çatışmazlığına gətirib çıxara bilər.

Hesabatda, habelə, vurğulanır ki, bəzi dərman növlərində qıtlığın səbəbi xammalın idxalında yaranan çətinliklər və istehsalın dayandırılması riski ilə bağlıdır.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …