Şənbə , Noyabr 27 2021
azfa

Tahsin Ertuğruloğlu: “Kıbrıs probleminin həllində BMT-dən çox şey gözləmirik”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xarici işlər naziri Tahsin Ertuğruloğlu “BMT-dən çox şey gözləmirik, bu günə qədər heç bir siyasi problemi həll etməməsi həqiqəti də göz qabağındadır” deyib.

Şimali Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu Kıbrıs probleminin həlli mövzusunda Birləşmiş Millətlər Təşkilatının (BMT) rolu ilə əlaqədar olaraq “BMT-dən çox şey gözləmirik, bu günə qədər heç bir siyasi problemi həll etməməsi həqiqəti də göz qabağındadır” deyib.

Ertuğruloğlu KKTC Prezidenti Ersin Tatarın BMT Baş katibi Antonio Quterreş və Kıbrıs Rum İdarəsi rəhbəri Nikos Anastasiadis ilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirdikləri görüşlərdən sonra Vaşinqtonda mətbuat nümayəndələrinə KKTC-nin mövqeyini təqdim etdi.

Quterreşin aprel ayında İsveçrənin Cenevrə şəhərində keçirilən toplantıdan sonra ortaq bir fikir olmadığı qənaətinə gəldiyini, lakin bu nəticəni BMT Təhlükəsizlik Şurasına bildirmədiyini və ikinci toplantının keçiriləcəyini bildirdiyini ifadə edən Ertuğruloğlu 6 ay keçməsinə baxmayaraq bu toplantının təşkil edilmədiyini vurğulayıb.

Ertuğruloğlu Quterreşin hazırda Kıbrıs mövzusunda şəxsi bir səfir təyin etməyi planlaşdırdığını və bu səfirin ortaq zəminin olub olmadığını araşdıracağını söyləyib.

“İndi mənə görə, bu, Baş Katibin zaman üçün tətbiq etdiyi bir taktikasıdır və o, hələ ortaq bir fikir olmadığını bilir” deyə Ərtoğruloğlu bildirib: “Adada iki dövlət var. Hər kəs bilməlidir ki, bu real zəmin olmadıqca və yeni danışıq prosesi iki dövlət arasında danışıqlar prosesinə daxil olmadıqca heç bir danışıq prosesi olmayacaq”.

Ertuğruloğlu BMT-nin Sülhməramlı Qüvvələrinin 1964-cü ildə əslində mövcud olmayan bir Kıbrıs hökumətinə isnad edərək adaya gəldiyini, lakin Kıbrıs Türklərinin acısını azaltmadığını qeyd edərək deyib: “Buna görə də BMT-dən çox şey gözləmirik. BMT-nin bu günə qədər heç bir siyasi problemi həll etməməsi göz qabağındadır”.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …