Bazar ertəsi , Oktyabr 5 2026
azfa

Taliban böyük itkilərlə geri bəzi ərazilərdən geri çəkildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, müxtəlif qüvvələrin olduğu Əfqanıstan Milli Cəbhəsi Pərvan əyalətinin mərkəzi olan Çarikar şəhərini ələ keçirib.

Bu barədə Milli Cəbhə məlumat yayıb.

Bundan başqa, Bədəxşan vilayətinin 4 qəzası da taliblərdən təmizlənib. Hazırda Taliban qüvvələri ilə döyüşlər Tacikistan sərhədindəki Tahar əyalətində gedir.

Məlumata görə, hərbi-taktiki üstünlük Əhməd Məsudun qüvvələrinin tərəfindədir və taliblər böyük itkilər verərək geri çəkilirlər.

Milli Cəbhənin məlumatına görə, hələ də onlarla talibin meyiti döyüş meydanında qalıb. Hovak aşırımında Taliban azı 100 döyüşçüsünü itirib. Şotul qəzasında onların qruplaşmaları tamamilə məhv edilib, Salanq rayonundakı qüvvələr isə mühasirəyə alınıb.

Həmçinin yoxlayın

İranda 70 min tibb bacısı evdə oturub; istefa dalğası davam edir

GADTB: Tibb Bacıları Evinin baş katibi Məhəmməd Şərifi-Müqəddəm İranda təxminən 70 min tibb bacısının işsiz …

“Koroğlu” tamaşası Tehranda türkcə səhnəyə qoyulacaq

GADTB: Təbrizdə rekord tamaşaçı toplayan “Koroğlu” tamaşası bu dəfə Tehranda türkcə səhnəyə qoyulacaq. Türkcə hazırlanan …