Şənbə , Noyabr 27 2021
azfa

“Taliban” qüvvələrinin Pəncşirdə məğlub edildiyi bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əfqan jurnalisti, müqavimət ordusunun sözçüsü Fahim Daşti sosial mediada bildirib ki, min nəfərlik “Taliban” hərbi qrupu dünən Pəncşir bölgəsinin şimal-şərqində blokadaya alınıb.

Bu barədə “İnterfaks” yazır.

“Gecə və bu səhər qrupun əksəriyyəti məhv edilib. Qaçanlar isə müqavimət qüvvələrinin köməyi ilə yerli əhali tərəfindən tutulub”, – o qeyd edib.

Müqavimət ordusunun məlumatına görə, “Taliban” Pəncşir əleyhinə 6 istiqamətdən 20 mindən çox silahlı səfərbər edib.

Taliban nümayəndələri baş verənləri hələ şərh etməyib.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …