Çərşənbə axşamı , Mart 10 2026
azfa

Talış kəndinin əhalisi erməni işğalından azad edilmiş doğma kəndlərinə qayıtmağa başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Talış kəndinə böyük qayıdış gününə həsr olunmuş tədbir start götürüb.

Tərtər rayon bayraq meydanında təşkil olunan tədbirdə köç etməyə hazırlaşan ailələr, Talış-Suqovuşan istiqamətində aparılan hərbi əməliyyatlarda qazı olmuş hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak edir.

Bayram əhval-ruhiyyəsi ilə başlanan tədbirdə əlamətdar günü vətənpərvərlik ruhunda ifa olunan musiqi nömrələri müşayət edir.

Qeyd edək böyük qayıdış zamanı 90 nəfərdən ibarət 20 ailə Talış kəndinə yola düşəcək. Köç iki mərhələdə həyata keçiriləcək. Hər mərhələdə on ailə öz doğma yurduna dönəcək.

Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və s. çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şərait – məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. mövcuddur. Köç prosesinin növbəti aylarda da davam etməsi planlaşdırılır.

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …