GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın qardaşı vəfat edib.
Məhəmmədhüseyn Şəhriyarın ən kiçik və həyatda qalan sonuncu qardaşı olan MirSadiq 18 avqust 1934-cü ildə Təbrizdə anadan olub.
O, uzun illər Şərqi Azərbaycan əyalətinin müxtəlif bölgələrində və Təbriz şəhərində müəllim və məktəb müdiri kimi fəaliyyət göstərib.
Mirsadiq Xoşginabi Təbrizdəki Şəhid Dəstqib orta məktəbinin direktoru vəzifəsində çalışıb.