Şənbə , Noyabr 27 2021
azfa

Tanınmış azərbaycanlı şair Məhəmməd Rza Məlikpur vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı şair, ədəbiyyatçı və türk dili tədqiqatçısı Məhəmməd Rza Məlikpur (Nazir Şərəfxaneyi) dünyasını dəyişib.

Urmiya gölünün sahilində yerləşən Şərəfxana limanında 1938-ci ildə doğulan şairin “Yeralma” adlı ilk şeiri o vaxtkı “Azərabadeqan” qəzetində dərc olunmuşdu.

Nazir Şərəfxaneyi türk, fars və ərəb dillərini araşdırıcısı olub, bu dillərdə müxtəlif əsərlər yazıb. Şərəfxaneyi Güney Azərbaycanda ədəbiyyatçılar və mədəniyyətsevərlər arasında daha çox “Urmu dəryaçəsi” adlı poeması ilə tanınıb.

Azərbaycanlı şairin “Ulduzlu dəniz”, “Şehli səhər”, “Mahnılı çay”, “Ürək çırpıntısı”, “Son istəklər”, “Hekayələr”, “Satiralar”, “Yeni qəzəllər” və “Nazir Şərəfxaneyinin türkcə divanı” və s.  çoxsaylı əsərləri çap olunub.

Nazir Şərəfxaneyi Urmiya gölünün kənarında yerləşən doğma yurdu Şərəfxana limanında dəfn olunmasını vəsiyyət edib.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …