Şənbə , İyul 20 2024
azfa

Tanınmış yazıçı və ziyalı Salman Rüşdini irticaçı molla rejiminə bağlı şəxs terror edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış yazıçı və ziyalı Salman Rüşdini terror edən terrorçunun İrana və İran rəhbərlərinə rəğbətinin olduğu, özünün facebook sosial media hesabında terror təşkilatı Sepah və Tehran hökumətinin başçılarını və qatı şiəçiliyi dəstəkləyən paylaşımlar etdiyi bildirilir.

Onun hesabında Ruhullah Xomeyni, Əli Xameneyi və terror təşkilatı Sepah-la bağlı fotoların olduğu qeyd olunub.

Yazıçıya hücum xəbərindən sonra İran terror təşkilatı olan Sepah-nın “Qüds” qanadının komandiri terrorçubaşı İsmail Qaani çıxış edərək Amerikanın keçmiş prezidenti Donal Tramp və onun xarici işlər naziri Mayk Pompeonu təhdid edib.

“Daha öz evinizdə də təhlükəsizliyiniz olmayacaq, bundan sonra Donald Tramp və Mayk Pompeo da Salman Rüşdi kimi yaşamağ məcbur olacaqlar”-deyə, Qaani onları terrorla hədələyib.

Qeyd edək ki, ABŞ-da hücuma məruz qalan yazıçı Salman Rüşdinin gözünü itirmək ehtimalı var. Bu barədə onun agenti Endryu Uayli məlumat verib.

“Xəbərlər pisdir. Salman, çox ehtimal, bir gözünü itirəcək. Qolunda sinirləri kəsilib, bıçaq zərbəsi nəticəsində qaraciyəri zədələnib”, – deyə agent bildirib.

Onun sözlərinə görə, Rüşdi süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki, britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda səhnədə çıxış edərkən hücuma məruz qalıb. Naməlum şəxs səhnəyə çıxıb və Rüşdiyə zərbələr endirməyə başlayıb. Hücum edən şəxs saxlanılıb.

Artıq hücum edən şəxsin kimliyi açıqlanıb. Məlum olub ki, o, 24 yaşlı Nyu-Cersi sakini Hadi Mataradır.

Həmçinin yoxlayın

“Human Rights Watch” molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalı ilə bağlı bəyanat yaydı

GADTB: “Human Rights Watch” Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı …

​​ Azərbaycanlı fəalı İrəc Şirzad həbs edilərək zindana salınıb

GADTB: Ərdəbildə Güney Azərbaycan Milli Hərəkatının fəalı İrəc Şirzad həbs edilərək siyasi təqiblərin qurbanına çevrilib. …