Çərşənbə axşamı , Oktyabr 8 2024
azfa

Tatar: “Dövlətdən, suverenlikdən və azadlıqdan vaz keçilməz”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Yeşilırmak Müqaviməti və Bütünləşmə Günü münasibətilə mesaj yayımlayıb.

Ersin Tatar mesajda Yeşilırmak Müqavimətinin əhəmiyyətini vurğulayıb və dövlətdən, suverenlikdən və azadlıqdan vaz keçilməyəcəyini bildirib.

Prezident Ersin Tatar mesajında ​​bunları qeyd edib:

“Yeşilırmak Müqavimətinin 47 -ci ildönümündəyik və Barış Hərəkatının bitməsi ilə Yeşilırmakın sərbəst bölgəyə inteqrasiyasındayıq.

Yeşilırmak milli mübarizəmizdə çox əhəmiyyətli bir yerə sahib olsa da, Kıbrıslı Türklərin Anadoluya açılan qapılarından və nəfəsliklərindən biri idi. Yeşilırmak bölgəsi də Erenköy bölgəsi kimi Enosis hədəfli yunan hücumlarında da hədəf alınarkən, bu hücumlara qarşı güclü və dastan yazılacaq bir müqavimət göstərildi.

Yunan alayından gücləndirilmiş qoşunları bu bölgəyə girə bilmədi. Bu dirənişdə də xalqımızın övladları torpağa düşdü, şəhidlər verdik. 20 İyul – Barış Hərəkatınında azad bölgələrin xaricində qalan Yeşilırmak kənd əhalisinin və mücahidlərin misilsiz mücadiləsi ilə azad bölgələrlə bütünləşdi. Bu dastana dönən müqaviməti və torpağa düşən şəhidlərimizi unutmaq mümkün deyil.

Bu gün öz vətənimizdə və öz dövlətimizin çətiri altında azad, müstəqil və suveren bir xalq olaraq yaşayırıqsa, şəhidlərimizə və hər zaman bizimlə olan Ana Vətənimiz Türkiyəyə borcluyuq. Şəhidlərimizin qanı və canı bahasına qurulan dövlətimizdən, suverenliyimizdən və azadlığımızdan heç vaxt vaz keçməyəcəyik. 1974 -cü ilin qara günlərinə qayıtmayacağıq. Məqsədimiz və səylərimiz Kipr həqiqətlərinə əsaslanan ədalətli və davamlı bir razılaşma əldə etməkdir. Bunun yeganə yolu Cenevrədə ilk dəfə danışıqlar masasına qoyduğumuz iki ayrı suveren bərabər dövlətin mövcudluğuna əsaslanan həlldir. Ana Vətən Türkiyə tərəfindən də dəstəklənən bu həll forması həm Kiprin, həm də bölgənin xeyrinə bir həlldir və bundan geri çəkilməyəcəyik”..

Həmçinin yoxlayın

“TEKNOFEST” sərgisi gələn il Şimali Kiprdə keçiriləcək

GADTB: Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar təşkilatçıların 2025-ci ildə Aviasiya, Kosmonavtika və …

Şuşada “Türktransplant” sistemi yaradılır

GADTB: Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV …