Tatarların “Tərcüman” televiziyası fəaliyyətə başlayıb

GADTB: Tatarların “Tərcüman” televiziyası fəaliyyətə başlayıb. “Tərcüman” televiziyası Krım türkləri, Rusiya daxilində yaşayan türklər və Türküstan (Orta Asiya) məsələlərinə diqqət yetirəcək.

Bu televiziya Krım türkləri tərəfindən Mustafa Əbdülcəmil Kırımoğlunun rəhbərliyi ilə yaradılıb.

Qeyd edək ki, “Tərcüman” 19-cu əsrdə Krımın Bağçasaray şəhərində İsmayıl Qaspıralı tərəfindən nəşr olunan jurnalın adı idi. Türk-Turançılığın tarixi axını bu nəşrlə başlayıb, Krımdan Azərbaycan və Türküstana, daha sonra isə Osmanlı İmperiyasına yayılıb.

Türk-Turançılıq hərəkatının strateji şüarına çevrilən bu nəşrin məşhur “Dildə, Fikirdə, İşdə Birlik” şüarı var idi.

https://t.me/GADTB1/34526

Həmçinin yoxlayın

Molla rejimi həbs eydiyi azərbaycanlı milli fəalın həyat yoldaşını da ETTELAAT İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi mayın 15-də Kərəc şəhərində həbs …

Türkiyənin Avropada ikinci güclü orduya malik olduğu açıqlamndı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Ordusunun Avropada ikinci və NATO-da üçüncü ən …