Çərşənbə , Fevral 11 2026
azfa

Tehran prokuroru etirazçılarla bağlı edam hökmlərinin ləğvi iddialarını təkzib etdi

GADTB: Tehran prokuroru etirazçılar barəsində çıxarılan edam hökmlərinin ləğv edilməsi ilə bağlı irəli sürülən iddiaları təkzib edərək, ABŞ prezidenti Donald Trampın bu mövzuda səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Tehran prokuroru Donald Trampın etirazçıların edamının dayandırılması ilə bağlı açıqlamalarını “əsassız” adlandırıb və ABŞ prezidentinin daim “yersiz və sübutsuz bəyanatlar verdiyini” bildirib.

İslam Respublikasının bu yüksək rütbəli məhkəmə rəsmisi saxlanılan şəxslərin işi və ya məhkəmə proseslərinin gedişi ilə bağlı hər hansı detallara toxunmadan, etirazçılarla bağlı məhkəmə prosedurlarında dəyişiklik edilməsi ehtimalını qəti şəkildə rədd edib.

Həmçinin yoxlayın

Təbrizdə Peyman Kərimpurun saxlanılması üçün molla rejimin qüvvələri onun evinə basqın edib

GADTB: Dünən, bazar ertəsi 20 bəhmən tarixində təhlükəsizlik qüvvələri Təbriz şəhərində milli fəal Peyman Kərim …

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

GADTB: Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Bu, Azərbaycan Respublikası …