Tehran Universitetinin azərbaycanlı tələbələri proqramlaşdırma kitabını Azərbaycan türkcəsinə tərcümə ediblər

GADTB: Tehran Universitetinin bir qrup azərbaycanlı tələbəsi C proqramlaşdırma dili təlim kitabını Azərbaycan türkcəsinə tərcümə ediblər.

“C yazılım Daily” adlı bu kitab hazırda İranda türklərin ana dilində ilk proqramlaşdırma kitabı hesab olunur.

Qeyd edək ki, Tehran Universitetinin illərdir ki, təkdillilik siyasəti və panfars hərəkatının hökmranlığını möhkəmləndirən mərkəzlərdən biri kimi tanınır. Belə bir mühitdə çoxsaylı təzyiqlər və senzuraya baxmayaraq, bu universitetin türk tələbələri bu böyük uğura nail oila biliblər.

Layihənin tərcüməçilərindən biri deyib: “Biz bu işlə sübut etdik ki, dil kimliyimizə məhəl qoyulmayan bir mühitdə böyüsək belə, ana dilimiz elm və texnologiyanın dili ola bilər”.

Bu kitabın nəşri təkcə Azərbaycan türkcəsində elmi təhsil yolunda mühüm addım deyil, həm də qeyri-bərabər akademik strukturlardakı türk tələbələrin mədəni müqavimətinin və kimlik axtarışının simvoludur. Kitab Türk dilinin təhsil və bilik istehsalının ən yüksək pillələrində iştirak etməyə layiq canlı, elmi bir dil olduğuna dair açıq bir mesajdır.

https://t.me/GADTB1/42038

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatı Avropada toplaşır

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) növbəti qeyri-rəsmi liderlər zirvə görüşünün tarixi məlum olub. Zirvə toplantısı …

Güney Azərbaycanın Qəzvin şəhərində etiraz aksiyası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Dünən Güney Azərbaycanın Qəzvin şəhərində etiraz aksiyası keçirilib. …