Çərşənbə axşamı , Noyabr 30 2021
azfa

Tehran zindanında korona kəskin yayılıb; Əlirza Fərşinin həyatı təhlükədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əlirza Fərşinin saxlandığı Tehran zindanında korona kəskin yayıldığı üçün onun həyatı təhlükə qarşısındadır.

Azərbaycanlı siyasi məhbusun saxlandığı zindanda ən azı 10 məhbusun koronavirusa yoluxduğu bildirilir.

İki ay öncə də Əlirza Fərşinin zindan yoldaşlarından biri koronavirusa yoluxmuşdu və buna görə onun həyatı ilə bağlı narahatlıqlar artmışdı.

Əlirza Fərşinin saxlanıldığı zindanda məhbusların bir çox problemlərdən əziyyət çəkdiyi bildirilir.

Əlirza Fərşi göz və şəkərli diabet xəstəliklərindən əziyyət çəkir.Onun həbsdə saxlandığı zindanda isə həyat üçün lazımi şərait olmadığı üçün fəalın həyatı onsuz da təhlükə qarşısındadır. Eyni zamanda rejim təhlükəli cinayətkarları azərbaycanlı siyasi məhbusla bir yerdə saxlayır.

Əlirza Fərşinin hazirda saxlandığı bölmədə 50 məhbusun quru yerdə yatdığı qeyd olunur.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “İranı niyə bağışladıq?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zorakılıq edən ETTELAAT məmurunun  cəzadan azad edilməsinə etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zindanda onu döyən …