Cümə axşamı , Dekabr 5 2024
azfa

Tehranda Azərbaycan səfirliyinə hücum edən terrorçuya edam cəzası verildiyi bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda məhkəmə Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə barədə ölüm hökmü çıxarıb.

Azərbaycan Dövlət Televiziyasının yaydığı (AzTV) məlumata görə, Tehranda Azərbaycan səfirliyinə hücum edən terrorçuya edam cəzası verilib.

Hələlik edam cəzasının nə vaxt icra ediləcəyi məlum deyil.

Qeyd edək ki, terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb.

Həmçinin yoxlayın

Türkiyə Milli Müdafiə Nazirliyi Suriya hadisələri ilə bağlı açıqlama yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Suriya …

Güney Azərbaycanın Qəzvin bölgəsindədə aldadılan əhali etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin bölgəsindədə aldadılan əhali etiraz aksiyası …