GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranda yaşayan azərbaycanlı qadın jurnalist Əsəl Dadaşlı 2022-ci ilin kütləvi etirazlarında iştirak edən gənc qız Nika Şakərəminin molla rejiminin qüvvələri tərəfindən öldürüldüyü barədə tvit paylaşdığına görə cəzalandırılıb.
Məlumata görə, azərbaycanlı jurnalist “X” hesabında bununla bağlı paylaşım edərək yazıb ki, Tehran İkinci Cinayət Məhkəməsinin 1027 saylı bölməsi onu “sosial şəbəkələrdə yalan məlumatlar paylaşmaq”da günahlandıraraq 6 milyon 600 min tümən cərimə ödəməyə məhkum edib.
Qeyd olunub ki, oxşar məlumatları paylaşdıqları üçün daha dörd jurnalistə müxtəlif cəzalar verilib.